Alimlər “omicron”dan sonra yeni ştam aşkarladı - “Deltakron”

Alimlər “omicron”dan sonra yeni ştam aşkarladı - “Deltakron” Kipr Universitetinin Biotexnologiya və Molekulyar Virusologiya Laboratoriyasında çalışan bir qrup yerli alim Kiprdə “delta” və “omicron” ştamlarının hibridi olan koronavirusun yeni variantı aşkar ediblər.
Bu barədə laboratoriyanın rəhbəri, əvvəllər Kipr Səhiyyə Nazirliyi yanında Pandemiya Elmi Məsləhət Şurasına sədrlik etmiş Leontios Kostrikis şənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yeni variantın da “delta” ştamı kimi genetik əsası var, lakin eyni zamanda onun bir sıra mutasiyaları “omicron” ştamı ilə eynidir.
Kostrikisin sözlərinə görə, “omicron”da 30 mutasiya var və onlardan 10-u Kiprdə götürülmüş nümunələrdə müəyyən edilib.
Laboratoriya rəhbəri əlavə edib ki, adadan götürülmüş 25 nümunədə “deltakron” ştamı aşkarlanıb, onlardan 11-i kovid simptomları ilə xəstəxanaya yerləşdirilən insanlardan, qalan 14-ü isə adi sakinlərdən olub.

Tehsil-press.az

Oxşar xəbərlər