“WorldSkills Azerbaijan” platformasının təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə milli yarışın II mərhələsi keçirilib.
İkinci mərhələyə keçid hüququ qazanmış 123 iştirakçı 90 dəqiqə ərzində kibertəhlükəsizlik üzrə 30 açıq suala cavab verib. İmtahan nəticələrinə əsasən, ən yaxşı nəticə göstərən iştirakçılar növbəti mərhələyə keçmək hüququ əldə edəcəklər.
III mərhələdə iştirakçıları “Bayraq alma” formatında tapşırıqlar gözləyir. Bu mərhələdə uğur qazanan iştirakçılar kibertəhlükəsizlik üzrə “WorldSkills Azerbaijan” platformasının yığma komandasına daxil olacaqlar. Onlar sözügedən beynəlxalq yarışın hazırlıq prosesinə cəlb olunacaqlar. Hazırlıq prosesinin sonunda iki iştirakçı cari ilin 12-17 oktyabr tarixlərində “WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək.
Yarışın ilk mərhələsi üzrə 149 müraciət qeydə alınıb. Seçim zamanı məlumatları düzgün qeyd olunan 25 yaşadək gənclərin iştirakı əsas götürülüb.
Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
Tehsil-press.az