UFAZ-da imtahanlar Strasburq Universitetinin qaydalarına uyğun şəkildə təşkil olunub

UFAZ-da imtahanlar Strasburq Universitetinin qaydalarına uyğun şəkildə təşkil olunub Fevralın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bu ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) payız-qış imtahan sessiyasının yekunu ilə bağlı işçi heyəti ilə görüşüb.
Görüşdə imtahan prosesi, onun nəticələri barədə məlumat verildikdən sonra rektor UFAZ-da planlaşdırılan işlər haqqında danışıb, tədris prosesi ilə bağlı əməkdaşların fikirlərini öyrənib.
Yanvarın 17-dən başlanan payız-qış imtahan sessiyasında UFAZ-ın birinci və ikinci kurs üzrə təhsil alan 284 tələbəsi iştirak edib. İmtahanlar Strasburq Universitetinin qaydalarına uyğun şəkildə təşkil olunub.

Hüseyn Şərifov


UFAZ-da imtahanlar Strasburq Universitetinin qaydalarına uyğun şəkildə təşkil olunub

Oxşar xəbərlər