Oqtay Əsədov: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir

Oqtay Əsədov: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf müşahidə olunur.
Bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.
Bu gün ölkədə mühüm struktur islahatlarının həyata keçirildiyini deyən O.Əsədov söyləyib ki, bunun nəticəsidir ki, Dünya Bankının son hesabatında Azərbaycan dünyanın 20 ən islahatçı ölkələr sırasında yer alıb: “Azərbaycanda ardıcıl həyata keçirilən islahatlar iqtisadi potensialı daha da möhkəmləndirib”.
Spikerin sözlərinə görə, 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir: “Ötən 9 ayda ÜDM 2.5 faiz artıb, qeyri-neft sənayesi sürətlə artıb. Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə də qeyd edildiyi kimi qeyri-neft sektoru üzrə həyata keçirilən işlər bu sahədə artıma səbəb olub”.
O.Əsədov söyləyib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 48 milyard dolları ötüb: “Cari ilin 9 ayında əhalinin gəlirləri 8.9 faiz artıb, inflyasiya 2.6 faiz təşkil edib ki, bu da əhalinin rifah halının daha da yaxşılaşdırıb”.

Tehsil-press.az

Oxşar xəbərlər