20 Yanvar hadisəsi Azərbaycanın istiqlal yolunun zirvəsidir

20 Yanvar hadisəsi Azərbaycanın istiqlal yolunun zirvəsidir Qafqazşünaslıq İnstitutunda 20 Yanvar hadisəsi ilə bağlı onlayn dəyirmi masa keçirilib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı çıxış edərək 20 Yanvar faciəsinə gətirən proseslərdən, törədilməsindən, nəticələrindən və ulu öndər Heydər Əliyevin verdiyi qiymətdən, şəhid ailələrinə Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qayğısından söz açıb. Qeyd edilib ki, bu gün şəhidlərimizin ruhu şaddır, çünki işğal altında olan torpaqlarımız azad edilib.
Sonra institutun elmi işlər üzrə direktor müavini, siyasi elmlər doktoru Ramilə Dadaşova, elmi katibi, dosent Südabə Hüseynova, ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Gürcüstanşünaslıq şöbəsinin müdiri, dosent Vahid Ömərov, Şimali Qafqaz şöbəsinin müdiri, dosent Liliya Mirzazədə, Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə, tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva, Gənc alim və mütəxəssislər şurasının sədri Günay Feyziyeva çıxış edərək 20 Yanvar hadisəsini insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri, həmçinin Azərbaycanın şanlı tarixinin, istiqlala gedən yolun təməllərindən biri kimi səciyyələndiriblər. Bildiriblər ki, şəhidlərimiz azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin rəmzi kimi bundan sonrakı nəsillərin də qəlbində bir qürur mənbəyi olaraq yaşayacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər