Azərbaycan Universiteti dünyanın öndə gələn turizm qrupu TUI ilə əməkdaşlığa başlayıb. Əməkdaşlığa dair memorandumu universitetin rektoru Səadət Əliyeva və qrupun Türkiyə nümayəndəsi “TUI Hotels & Resorts Türkiyə” şirkətinin rəhbəri Satı Murat Demirer imzalayıblar. Görüşdə Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç da iştirak edib.
Memorandum tərəflər arasında təhsil və karyera sahəsində əməkdaşlığa imkan yaradır. Anlaşmaya əsasən Azərbaycan Universitetinin turizm, biznes və iqtisadiyyat yönümlü ixtisaslarında təhsil alan tələbələr “TUI Hotels & Resorts Türkiyə” şirkətinin bünyəsində fəaliyyət göstərən turizm müəssisələrində işlə təmin olunacaqlar. Bu imkandan həm bakalavriat, həm də magistratura tələbələri faydalana biləcək. İşlə təmin olunma tələbələrin müraciətləri ilə və müəssisələrin kadr ehtiyaclarına uyğun olaraq həyata keçiriləcək.
Memorandumda akademik heyətin şirkətin turizm müəssisələrində araşdırma aparmalarına dəstək göstərilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, turizm sahəsində 30 illik təcrübəyə sahib “TUI Group”un Türkiyə nümayəndəsi “TUI Hotels & Resorts Türkiyə” şirkətinin mərkəzi Antaliyadadır. Şirkətin bünyəsində 21 otel fəaliyyət göstərir.
Tehsil-press.az