Azərbaycan Turizm və Menecment Universiteti İtaliyanın Kalyari Universiteti ilə memorandum imzalayıb

Azərbaycan Turizm və Menecment Universiteti İtaliyanın Kalyari Universiteti ilə memorandum imzalayıb Ölkəmizin ali təhsil məkanında ilk ikili diplom təcrübəsinə imza atan Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə İtaliyanın Kalyari Universiteti arasında akademik sahədə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Memorandumda müəllim-tələbə mübadiləsi və ikili diplom layihəsi prioritet istiqamət kimi əksini tapıb.
Qeyd edək ki, Kalyari Universiteti İtaliyada fəaliyyət göstərən ən nüfuzlu və qədim ali təhsil müəssisələrindən biri hesab edilir.

Tehsil-press.az


Oxşar xəbərlər