Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Avropa İttifaqının “Erasmus+” proqramı çərçivəsində Rumıniyanın İaşi şəhərində fəaliyyət göstərən İoan Cusa Alixandır Universiteti tərəfindən keçirilən “Beynəlxalq həftə”də iştirak edib.
Beynəlxalq tədbirin gündəliyinə qarşıdakı illərdə gerçəkləşməsi planlaşdırılan işlər, həmçinin mövcud əməkdaşlığa dair nəticələrin müzakirəsi daxil idi. Beş gün davam edən tədbirdə iştirakçı universitetlərin “Erasmus+” proqramı çərçivəsində fəaliyyətindən bəhs edən təqdimatlara baxış keçirilib. Eyni zamanda İoan Cusa Universitetinin inkişaf istiqamətləri və strateji hədəfləri ilə bağlı geniş dinləmələr olub.
Məlumatda bildirilir ki, ATMU “Erasmus+” proqramı çərçivəsində Rumıniya Universiteti ilə müəllim və tələbə mübadiləsi sahəsində əməkdaşlığa böyük önəm verir. Son 3 ildə bir neçə tələbə və müəllim tərəfdaş universitetdə öz səviyyələrində təhsil və tədris prosesinin iştirakçısı olub. 2019/2020–ci tədris ilində daha bir müvafiq ixtisas tələbəsi tərəfdaş universitetdə proqram üzrə təhsil almaq şansı qazanıb.

ATMU-nun Mətbuat Xidməti