Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan Turizm və Menecment Universiteti əməkdaşlıq əlaqələrini genişləndirir Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Türkiyədə fəaliyyət göstərən “TUİ Otel və Resort” şirkətlər qrupunun nümayəndələri ilə görüş keçirilib.
ATMU-nun rektoru İlham Mədətov qonaqlara universitetin fəaliyyəti, tədris prosesinin təşkili, başlıca hədəfləri və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Hər iki qurum arasında mümkün əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə əsas hədəf ATMU tələbələrinin Türkiyənin nüfuzlu turizm müəssisələrində istehsalat təcrübəsinin təşkili məsələsi olub.
Qeyd edək ki, ATMU-da “TUİ Otel və Resort” şirkətlər qrupunun nümayəndələri ilə keçirilən görüşün təşəbbüskarı Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutudur.

Tehsil-press.az

Oxşar xəbərlər