Astaradakı toydan maraqlı - Video

Astaradakı toydan maraqlı - Video Bir neçə gün əvvəl Astaranın Hamoşam kəndində çəkilmiş bəy-gəlin toyunun videogörüntüləri marağa səbəb olub.
İctimai TV-nin efirində yayımlanan toy görüntülərində gəlinin ata ocağından köçdüyü kadrlar yer alıb. Videoda qonaqların qarın altında rəqs etməsi görünür. Məhz bu görüntülər- toya gələnlərin qara əhəmiyyət vermədən səmimi rəqs etməsi sosial şəbəkələrdə müsbət qarşılanıb.
Qeyd edək ki, gəlin yanvarın 16-da rayonun Hamoşam kəndindən Motalayataq kəndinə köçüb. Həmin gün də kəndə 40 sm hündürlükdə qar yağıb. Bu səbəbdən də yeni evlənən cütlük qız evindən kəndin əsas yoluna çıxmaq üçün 150 metr piyada yol qət ediblər.



Tehsil-press.az


Oxşar xəbərlər