Ukrayna Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeni dalğasının başladığı barədə xəbərdarlıq edib

Ukrayna Səhiyyə Nazirliyi ölkədə koronavirusun yeni dalğasının başladığı barədə xəbərdarlıq edib Ukraynada koronavirusun yeni dalğası başlayıb, ən acınacaqlı vəziyyət ölkənin qərb bölgəsindədir.
Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bu gün keçirdiyi brifinqdə məlumat verib.
Nazir xatırladıb ki, son sutkada artıq 18 min 479 yeni təsdiqlənmiş COVID-19 koronavirus xəstəliyinə yoluxma halı qeydə alınıb.
"Bu, Ukraynada epidemiyanın başladığını göstərir. Yeni dalğanın episentri Qərbi Ukraynadır. Ən çətin epidemioloji vəziyyət İvano-Frankovsk vilayətindədir", - deyə nazir əlavə edib.
Mənfi dinamika artıq Çernivtsi, Lvov və Ternopol vilayətlərində də müşahidə olunur.
Qeyd edək ki, son sutkada Ukraynada koronavirusdan 131 nəfər həyatını itirib. Pandemiya dövründə Ukraynada koronavirusa yoluxanların sayı 3 milyon 799 min 382 nəfərə çatıb, 98 min 843 nəfər isə ölüb.

Tehsil-press.az


Oxşar xəbərlər