Son bir ildə övladlığa verilən uşaqların sayı açıqlandı

Son bir ildə övladlığa verilən uşaqların sayı açıqlandı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2021-ci il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verilib.
Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Bundan sonra “Valideyn-himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemi yaradılıb, övladlığagötürmə sahəsində yeni müasir idarəetmə mexanizmi yaradılıb. Övladlığagötürmə prosesinin əlçatanlığı, operativliyi və şəffaflığı təmin olunub.
Həmin vaxtdan ümumilikdə 73-ü oğlan, 74-ü qız olmaqla 147 uşaq övladlığa verilib.
Övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər