Ukrayna Prezidenti Vladimir Zelenski Minsk razılaşmalarını kimin imzaladığını xatırlamadığını, lakin onların icrasına görə məsuliyyət daşıdığını deyib.
Bu barədə o, Böyük Britaniyanın Baş naziri Boris Consonla keçirdiyi brifinqdə bildirib.
“Minsk sazişlərini kimin imzaladığını artıq xatırlamıram, amma onları kimin yerinə yetirməli olduğunu dəqiq bilirəm. Biz müəyyən sazişlərə məsuliyyətlə yanaşırıq, mən Minsk razılaşmalarının nə olduğunu başa düşürəm və başa düşürəm ki, onlar Normandiya formatından doğulub, təəssüflənsək də, təəssüflənməsək də qüvvədədir”.
Qeyd edək ki, Minsk razılaşmaları 2015-ci ildə Üçtərəfli Təmas Qrupunun üzvləri tərəfindən imzalanıb. Sənədlərin imzalanmasında Ukraynadan Donbasdakı münaqişənin həlli üzrə təmas qrupunun sədri Leonid Kuçma iştirak edib.
Tehsil-press.az