Odlar Yurdu Universitetində 2021-2022-ci tədris ilində Odlar Yurdu Universitetinin mühasibat ixtisasının əyani şöbəsinə qəbul olunmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənovanın romanının təqdimat mərasimi keçirilib.
Romana “Sevən qəlbin fəryadı” adını verən Əzizə Həsənova bununla həyat yoldaşı, şəhid Fariz Həsənovun xatirəsini yenidən əbədiləşdirib.
Təqdimatda Odlar Yurdu Universitetinin rektoru professor Əhməd Vəliyev şəhid ailələrinə bir ömür boyu hər kəsin diqqət və qayğı göstərməyə borclu olduğunu və bunun vacibliyini qeyd edib.
Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin kafedra müdiri akademik Nizami Cəfərov şəhid xanımının yazdığı kitabın necə təsirli, oxunaqlı və təqdirəlayiq olduğunu, bunun sıradan bir kitab olmadığını, yazıçılığa yenicə başlamış gənc yazar olan şəhid xanımının gələcək nəslə gözəl bir ailə nümunəsi və hər bir şəhid ailəsinə örnək olduğunu vurğulayıb.
“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov kitab haqqında fikirlərini səsləndirib. 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin unudulmaması üçün belə kitabların yazılmasının və təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb. Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının professoru Rüstəm Kamal kitabın təsirli məqamlarından danışıb.
Əzizə Həsənova ilk kitabı olan “Sevən qəlbin fəryadı” romanı haqqında ətraflı bəhs edib. Bu kitabı yazmaqla şəhid həyat yoldaşının borcundan qismən də olsa çıxdığını və buna görə qürurlandığını vurğulayıb.
Sonra kitabın imza mərasimi olub.
Qeyd edək ki, kitab şəhid Fariz Həsənovun xatirəsinə həsr edilib və satış üçün nəzərdə tutulmayıb.
Tehsil-press.az