Türkiyədən Yunanıstana keçmək istəyən 12 qanunsuz miqrant donaraq ölüb

Türkiyədən Yunanıstana keçmək istəyən 12 qanunsuz miqrant donaraq ölüb Türkiyədən qanunsuz yollarla Yunanıstana keçmək istəyən, lakin Yunanıstanın mühafizə qüvvələri tərəfindən geri göndərilən 22 qanunsuz miqrantdan 12-si donaraq ölüb.
Hadisə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsinin Paşaköy kəndində baş verib. Donmaq təhlükəsi ilə üzləşən miqrantlardan biri isə Keşan Dövlət Xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı Valilikdən verilən açıqlamada Paşaköy kəndinin Mandakoru bölgəsində donaraq ölən doqquz miqrantın cəsədinin tapıldığı, bölgədə aparılan axtarış işlərindən sonra daha iki immiqrantın cəsədinin aşkarlandığı bildirilir. Xəstəxanaya yerləşdirilən bir miqrantın isə həyatını xilas etmək mümkün olmayıb və ölənlərin sayı 12-yə çatıb.
Hazırda bölgədə Türkiyənin jandarma, sərhəd xidmətləri, polis və AFAD qrupları tərəfindən axtarış işləri davam etdirilir.
Faktla bağlı istintaq başlayıb.
Qeyd edək ki, hadisə ilə bağlı Türkiyənin müxtəlif dövlət xadimləri paylaşımlar edib.

Tehsil-press.az

Oxşar xəbərlər