“British Council” və Təhsil İnstitutu arasında əməkdaşlığa dair müzakirələr aparılıb

“British Council” və Təhsil İnstitutu arasında əməkdaşlığa dair müzakirələr aparılıb “British Council” təşkilatının nümayəndələri Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəhbər heyəti ilə görüşüb.
Görüşdə təşkilatlar arasında əməkdaşlığa dair müzakirələr aparılıb. Şagird və müəllimlərin ingilis dili səviyyəsinin müəyyən edilməsi, şagirdlərin öyrənməsini yaxşılaşdırmağa hədəflənən müəllimlərin peşəkar inkişaf proqramları, birgə tədqiqatlar müzakirə olunub.
Həmçinin “SABAH.lab” Akselerasiya Mərkəzi və “Creative Spark” layihəsinin birgə fəaliyyəti və tələbələrə dəstək kimi mövzulara toxunulub. Əməkdaşlıq üçün müxtəlif təhsil pillələri üzrə yeni imkanlar, onların təhsil sisteminə verə biləcəyi töhfələr və gələcək layihələr müzakirə olunub. “Future English” onlayn platforması vasitəsilə müəllimlərin inkişafı, şagird nailiyyətlərinin qiymətləndirilməsi, ali məktəblərdə innovasiyanın inkişafından bəhs edilib. “British Council” təşkilatının icra etdiyi “Learning Hubs” proqramının tətbiqi haqqında fikir mübadiləsi aparılıb.
Görüşdə “British Council” təşkilatının Azərbaycan ofisinin direktoru Frensis Qardener-Trexo, direktor müavini Nigar Baimova, ingilis dili və təhsil üzrə meneceri Nərgiz Hüseynova, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, direktor müavinləri Ülkər Babayeva və Aytən Zamanova iştirak ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər