Kinoloq ixtisası üzrə qısamüddətli təlim davam edir

Kinoloq ixtisası üzrə qısamüddətli təlim davam edir Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin əməkdaşlığı çərçivəsində kinoloq ixtisası üzrə qısamüddətli təlim davam edir.
Dörd ay müddətində keçiriləcək təlimlər zamanı iştirakçılar kinologiyanın tarixi, itlərə qulluq, kinologiyanın təşkil olunması, itlərin anatomiyası və fiziologiyası, psixologiyası, xidməti itlərin seçilməsi və çoxtərəfli istiqamətlərdə (mina və silah sursat, partlayıcı maddə, psixotrop vasitələr və s. axtarışı) hazırlanması, tibbi yardım kimi istiqamətlərdə dərin nəzəri-praktiki bilik və bacarıqlara yiyələnirlər.
Təlimlərin nəzəri hissəsi Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, praktiki hissəsi isə Kinoloji Mərkəzdə təşkil edilir. Təlimlər Kinoloji Mərkəzin xidməti axtarış itlərinin və kinoloqların hazırlanması üzrə təcrübəsi olan, yüksəkixtisaslı mütəxəssisləri tərəfindən keçirilir. Qeyd edək ki, Kinoloji Mərkəz kinoloqların və xidməti axtarış itlərinin hazırlanması üzrə yüksək səviyyədə texniki və avadanlıq təchizatına malikdir.

Tehsil-press.az


Oxşar xəbərlər