Peşə Təhsili üzrə Dövlət Agentliyi: “Qaynaqçı” təlimlərinə müraciət qəbul olunur

Peşə Təhsili üzrə Dövlət Agentliyi: “Qaynaqçı” təlimlərinə müraciət qəbul olunur Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Qaynaqçı” təlimləri təşkil ediləcək.
Təlim üçün seçilmiş iştirakçılar qaynaq işləri zamanı əmək təhlükəsizliyi, qaynaq standartları və texnologiyası haqqında ümumi məlumat alacaqlar. Həmçinin bütün fəza vəziyyətlərində elektrik əl qövs qaynağı ilə qaynaq tikişinin qurulmasını, metal birləşdirmə prosesini öyrənəcəklər. GMAW qaynaq üsulunda istifadə olunan qaynaq məftilləri, volfram elektrodlar və onların standartları, GTAW qaynağı vasitəsilə bütün fəza vəziyyətlərində müxtəlif qaynaq tikişinin yerinə yetirilməsi, qaynaq edilən metalların vizual və texniki üsulla yoxlanması haqqında biliklər əldə edəcəklər.
Təlimlər ənənəvi formatda (emalatxanada) Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Təlim 3 modul üzrə 11 həftə (128 saat) davam edəcək. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcək. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.
Təlimdə iştirak etmək istəyənlər avqustun 2-dək müraciət edə bilərlər.
Xatırladaq ki, 2021-ci ilin mart ayından etibarən Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə müxtəlif peşə təhsil mərkəzlərinin nəzdində qısamüddətli təlimlər keçirilir. Əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanan qısamüddətli təlimlərin əksəriyyətinin informasiya texnologiyaları sahəsini əhatə etməsinə baxmayaraq, digər sahələr üzrə də müxtəlif təlimlərin keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az



Oxşar xəbərlər