Mühafizəçi ixtisası üzrə qısamüddətli təlimlər təşkil olunacaq

Mühafizəçi ixtisası üzrə qısamüddətli təlimlər təşkil olunacaq Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi, “GESCO” ASC və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində mühafizəçi ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir.
Təlimlərdə iştirak üçün ərizələrin qəbulu dekabrın 30-dək davam edəcək. Müraciətlər elektron ərizə forması üzərindən qəbul ediləcək.
Təlimlərə 20 yaşdan yuxarı Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. Müraciət edən şəxslərin minimum orta təhsilli və hərbi xidmətdə olması zəruridir (qadınlar istisna olmaqla). Təlim iştirakçıları bir ay yarım müddətində qanunvericilik, tibbi, psixoloji, xüsusi və texniki hazırlıq və yanğınsöndürmənin əsasları üzrə intensiv dərslərə cəlb ediləcəklər.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Bakı Mühafizə Məktəbində təşkil ediləcək təlimi müvəffəqiyyətlə bitirən şəxslər dövlət nümunəli sertifikat əldə edəcək və “GESCO” ASC tərəfindən işlə təmin olunacaqlar.

Tehsil-press.az

Oxşar xəbərlər