İtaliyada 150 mindən çox insan koronavirusun qurbanı olub

İtaliyada 150 mindən çox insan koronavirusun qurbanı olub İtaliyada koronavirus qurbanlarının sayı bu vaxtadək ümumilikdə 150 min nəfəri ötüb.
Səhiyyə Nazirliyinin məlumatına görə, son sutka ərzində ölkədə COVID-19-un qurbanlarının sayı 325 nəfər artaraq 150 min 221-ə çatıb. İndiyədək COVID-19 infeksiyasına yoluxanların sayı isə 75 min 861 nəfər artaraq 11 milyon 923 min 631-ə yüksəlib.
Ötən 24 saatda 683 min 715 test icra olunub. Aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 813 min 274, reanimasiya şöbəsində olan xəstələrin sayı 1322 nəfərdir.

Tehsil-press.az





Oxşar xəbərlər