İtaliyada koronavirus qurbanlarının sayı 139 mini keçib

İtaliyada koronavirus qurbanlarının sayı 139 mini keçib İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 155 min 659 nəfər artaraq ümumilikdə 7 milyon 436 min 939-a çatıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusun qurbanlarının sayı isə 157 nəfər artaraq 139 min 38-ə yüksəlib. Ölkədə aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 943 min 979, reanimasiya şöbəsində olanların sayı isə 1595 nəfərdir.
Ötən gün 993 min 201 test icra edilib, virusdan sağalanların sayı isə 30 min 399 nəfər artaraq 5 milyon 353 min 922 olub.

Tehsil-press.az

Oxşar xəbərlər