Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib - ÜST

Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib - ÜST Dünyada koronavirusa yoluxanların sayı 400 milyonu keçib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.
Məlumata əsasən, son sutka ərzində koronavirusa 2 332 592 yoluxma halı və 12 005 ölüm halı qeydə alınıb.
Hazırkı dövrədək koronavirusa 402 044 502 nəfər yoluxub. Onlardan 5 770 023 nəfəri vəfat edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Tehsil-press.az


Oxşar xəbərlər