Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 100 illiyinə həsr olunmuş “Müasir informasiya, ölçmə və idarəetmə sistemləri: problemlər və perspektivlər” mövzusunda (MIMCS’2020”) beynəlxalq elmi-praktik konfrans keçirilib.
Onlayn formatda keçirilən konfransa yerli alimlərlə yanaşı, dünyanın 20-yə yaxın ölkəsindən universitet rəhbərləri, tanınmış alim və professorlar qatılıblar. Konfransda çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı bildirib ki, Azərbaycanın şanlı qələbəsi 100 illik yubileyimizi daha da əlamətdar edib. Konfransın əhəmiyyətindən bəhs edən rektor belə konfransların təşkilinin elmi fəaliyyətin genişləndirilməsi və əlaqələrin inkişafı baxımından çox vacib olduğunu vurğulayıb.
Tədbirdə mühəndislik və sosial elmlərdə innovativ texnologiyalar, kompüter şəbəkələri, telekommunikasiya texnologiyaları, informasiyanın qorunması üsulları və vasitələri, informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, ölçmə və nəzarət sahəsində qabaqcıl informasiya texnologiyaları, intellektual məlumat sistemləri, sensorlar və ölçmə sistemləri, inteqrasiya edilmiş idarəetmə sistemləri, süni intellektə əsaslanan qərarvermə, avtomatika və idarəetmə mühəndisliyi və digər vacib mövzularla bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb.
ADNSU-nun Cihazqayırma kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova bildirib ki, konfransa 500-ə yaxın material təqdim olunub. Bu materiallar tezis və məqalə formasında qəbul edilib. Seçilmiş məqalələr müvafiq araşdırmalardan sonra nüfuzlu jurnallarda dərc olunacaq.
Qeyd edək ki, eyni mövzuya həsr olunmuş birinci belə konfrans 2019-cu ilin iyulun 1-2-də ADNSU-da bir sıra ölkələrin nümayəndələrinin iştirakı ilə təşkil edilib. İştirakçıların çıxışları konfrans materiallarında tezislər toplusu və məqalə kimi dərc olunub.
Tehsil-press.az