Klassisizm: Tarix və əhəmiyyəti” adlı elmi-praktik seminar

Klassisizm: Tarix və əhəmiyyəti” adlı elmi-praktik seminar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsində “İncəsənət tarixi: XXI əsrdən baxış” silsiləsindən “Klassisizm: Tarix və əhəmiyyəti” adlı elmi-praktik seminar keçirilib. Seminarı giriş sözü ilə açan Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə musiqidə klassisizm daha çox opera janrında büruzə verdiyini, Fransada lirik faciə və İtaliyada operaseriyanı misal göstərib. Vyana klassik məktəbinin nümayəndələrindən Haydn, Motsart və Bethovenin yaradıcılığının klassisizm tələblərinə uyğun gəldiyini vurğulayıb.
Tədbirdə professor-müəllim və tələbə heyəti Universitetin Musiqi fakültəsinin tələbələri Səmrə Qafarlının “Klassisizm dövrünün ümumi səciyyəsi”, Xanım Əsgərovanın “Y.Haydn musiqi klassisizmin banisi kimi”, Nigar Yusibovanın “V.A.Mosartın yaradıcılığı klassisizm dövrünün təzahürü kimi”, Günel Quliyevanın “Bethovenin yaradıcılığında patetik modusunun təzahürünə dair” və Teatr sənəti fakültəsi tələbəsi Sənubər Həşimovanın “Klassisizm və teatr” mühazirəsini dinləyiblər.
Dirijor, dosent Gülnaz Rzayevanın bədii rəhbərliyi ilə ADMİU-nun Musiqi sənəti fakültəsinin tələbələrindən ibarət xor, İnstrumental ifaçılıq kafedrasının baş müəllimi Rəşad Kazımovun tələbələri Nurlan Abdullazadə, Günel Quliyeva, müəllim Arzu Məmmədovanın tələbəsi Xanım Əsgərova və dosent Zəhra Qarayevanın tələbələri Pərvin Paşazadə, Aysun Qəmbərova və Aytən Cəbrayılova dünya klassiklərinin əsərlərini ifa ediblər.
Tədbirdə Universitetin rektoru, professor Fərəh Əliyeva elmi-praktik seminarda iştirak edən tələbələri və müəllimlərini təbrik edib, onlara gələcək yaradıcılıq işlərində uğurlar arzulayıb.

ADMİU-nun Mətbuat Xidməti


Klassisizm: Tarix və əhəmiyyəti” adlı elmi-praktik seminarKlassisizm: Tarix və əhəmiyyəti” adlı elmi-praktik seminarKlassisizm: Tarix və əhəmiyyəti” adlı elmi-praktik seminar

Oxşar xəbərlər