Norveç Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə icra edilən “Fövqəladə vəziyyət şəraitində uşaqlara və yeniyetmələrə məktəbəsaslı psixososial dəstəyin göstərilməsi - II mərhələ” adlı layihə çərçivəsində məktəb psixoloqları üçün “Böhran vəziyyətində məktəbdə ilkin psixoloji yardım bacarıqları” mövzusunda ixtisasartırma təlimlərinə başlanılıb.
Təlimlərin keçirilməsində məqsəd böhran vəziyyətlərinin profilaktikası və diaqnostikası, eləcə də ilkin psixoloji yardım texnikaları üzrə məktəb psixoloqlarının bacarıqlarını artırmaqdır. Bu bacarıqlar sayəsində münaqişədən təsirlənmiş uşaq və yeniyetmələrə psixoloji ehtiyaclara uyğun dəstək göstəriləcək.
İlkin mərhələdə təlimlərdə Gəncə şəhəri və Bərdə, Füzuli, Goranboy rayonları üzrə ümumtəhsil müəssisələrində fəaliyyət göstərən 109 psixoloq iştirak edib. 18 akademik saatlıq əyani təlimlər zamanı müdavimlərə böhran hallarının uşaq psixologiyasına təsiri, bu təsirin uşaqların davranışında təzahür formaları, valideynlərlə işin təşkili və s. haqqında məlumat verilib. Eyni zamanda, bu sahədə bilik və bacarıqların formalaşdırılması üçün metodikalar, hekayələr, rollu oyunlar, bədən və nəfəs texnikaları ilə tapşırıqlar icra edilib.
Qeyd edək ki, aprel ayının sonunadək Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonları üzrə daha 100 psixoloqun təlimlərə cəlb olunması nəzərdə tutulur.
Tehsil-press.az