“Məktəblinin dostu” layihəsinin əhatə dairəsində olan məktəblərin şagirdləri arasında esse müsabiqəsi

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsində olan məktəblərin şagirdləri arasında esse müsabiqəsi “Məktəblinin dostu” layihəsinin əhatə dairəsində olan məktəblərin şagirdləri arasında esse müsabiqəsi keçirilir.
Müsabiqənin keçirilməsinin məqsədi məktəblilərin bədii təxəyyüllərini üzə çıxarmaq və yazılı nitqlərini inkişaf etdirməkdir. Müsabiqənin yekununda təqdim olunan esselər arasında ən yaxşıları təşkil edilən komissiya tərəfindən seçilərək kitab halında çap ediləcək.
Müsabiqənin şərtlərinə görə yalnız “Məktəblinin dostu” layihəsi tətbiq edilən məktəblərin VII-VIII sinif şagirdləri iştirak edə bilər, essenin mövzusu şagirdlərin məktəb həyatını - onların sinif yoldaşlarına və müəllimlərinə münasibətlərini özündə əks etdirməlidir.
İştirak etmək istəyən şagirdlər əlyazma formasında şəxsən yazdığı 1 esseni martın 15-dək özləri haqqında məlumatla (adı, soyadı, ata adı, təhsil aldığı müəssisə və oxuduğu sinif) birgə təhsil aldığı məktəbə təqdim etməlidirlər.
Qeyd edək ki, “Təhlükəsiz məktəb, arxayın valideyn” devizi altında reallaşan “Məktəblinin dostu” layihəsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən təhsilin idarə edilməsinin təkmilləşdirilməsi, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakı məqsədilə Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yaradılıb. “Məktəblinin dostu” layihəsinin icrasına ilkin olaraq 2016-2017-ci tədris ilində Bakı şəhərinin 30 məktəbində başlanılıb. 2021-2022-ci tədris ilində layihə Bakı şəhəri üzrə 186, Sumqayıt şəhəri üzrə 20, Abşeron rayonu üzrə 20 təhsil müəssisəsini əhatə edir. Hazırda layihə daxilində 400 əməkdaş ümumilikdə 226 məktəbdə təhsil alan 400 minə yaxın şagirdə xidmət göstərir.

Tehsil-press.az

Oxşar xəbərlər