“Mənim sevimli müəllimim” müsabiqəsi aprelin 14-dək davam edəcək

“Mənim sevimli müəllimim” müsabiqəsi aprelin 14-dək davam edəcək “Məktəblinin dostu” layihəsinə daxil olan məktəblər arasında “Mənim sevimli müəllimim” şeir müsabiqəsi keçirilir.

Müsabiqənin keçirilməsinin məqsədi məktəblərdəki istedadlı şagirdləri üzə çıxarmaq, məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır.
Layihəyə daxil olan 30 ümumi təhsil məktəbinin şagirdləri qeyd olunan mövzuda öz yazdıqları şeirləri videoçarx şəklində hazırlayaraq təhsil aldıqları məktəbdəki “Məktəblinin dostları”na təqdim edirlər. Seçilən bir videoçarx məktəb adından müsabiqəyə daxil olur və “Məktəblinin dostu”nun rəsmi “Facebook” səhifəsində yerləşdirilir.
Qeyd edək ki, ilk mərhələdə ən çox baxılan on videoçarx seçiləcək və münsiflər heyətinə təqdim olunacaq.
İkinci mərhələdə münsiflər heyəti tərəfindən dəyərləndirmə əsasında qalib seçiləcək. Qaliblər şeirin bədii gözəlliyinə, səsləndirməyə, videoçarxın keyfiyyətinə və çəkiliş üslubuna görə dəyərləndiriləcəklər. Müsabiqə aprelin 14-dək davam edəcək.

Kəmalə Rəhimli


Oxşar xəbərlər