İlahiyyat İnstitutunda ilk dərslər Xocalı soyqırımına həsr olunub

İlahiyyat İnstitutunda ilk dərslər Xocalı soyqırımına həsr olunub Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Təhsil Nazirliyinin “Xocalı soyqırımının 28-ci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı”na əsasən bu gün ilk dərslər Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.
Müəllimlər 28 il əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən soyqırımının dəhşətlərindən söz açıblar. Onlar şəhid olmuş günahsız insanların həmişə ehtiramla yad ediləcəklərini diqqətə çatdırıblar.
Dərslərdə Xocalı soyqırımı haqqında məlumat verilib, fotoşəkillər, sənədli filmlər nümayiş olunub.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlər və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş Vətən övladlarının yad edilməsi məqsədilə müxtəlif seminarlar və dəyirmi masalar təşkil edir. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir. Belə ki, ali təhsil müəssisəsi Türkiyənin İstanbul şəhərində Xocalıda qətlə yetirilən 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatını keçirib və faciə qurbanlarına həsr olunan fotoşəkillərdən ibarət sərgi nümayiş etdirib. “Bir” Tələbə-Könüllü Proqramı ilə tələbələr üçün “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqqında filmin nümayişini, Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalı: milli tariximizin şəhidlik səhifəsi” mövzusunda tədbir keçirib. Eyni zamanda, orta məktəblərdə Xocalı soyqırımı haqqında tədbirlərdə Aİİ-nin rəhbər və müəllim heyəti iştirak edib.

Tehsil-press.az

Oxşar xəbərlər