AzTU-da “Xocalı - bir millətin kədəri” sənədli filmi nümayiş olunub

AzTU-da “Xocalı - bir millətin kədəri” sənədli filmi nümayiş olunub Azərbaycan Texniki Universitetində (AzTU) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Xocalı - bir millətin kədəri” adlı tədbir keçirilib.
Məqsəd Xocalı soyqırımı haqqında həqiqətlərin gənclər arasında yayılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görməkdir.
Əvvəlcə layihə rəhbəri Aida Ramiz tədbir iştirakçılarına layihə haqqında ətraflı məlumat verib. Layihə rəhbəri qeyd edib ki, gənc nəslin maariflənməsi zamanı dəqiq faktlara söykənən məlumatlardan istifadə olunmalıdır.
Daha sonra “Xocalı - bir millətin kədəri” sənədli filmi nümayiş edilib.
Filmin ssenari müəllifi Böyük Britaniya vətəndaşı olan jurnalist İan Piert film haqqında təəssüratlarını bölüşüb.

Tehsil-press.az


Oxşar xəbərlər