Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Məktəbinin Lektoriyasında “Xocalı faciəsi tariximizin qan yaddaşıdır” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Hədəf 10%” proqramı çərçivəsində ADPU Tələbə Gənclər nəzdində fəaliyyət göstərən Tarix klubu və Məktəbəqədər təhsil fakültəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbiri açan ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində həyata keçiriləcək layihələrdən danışıb, faciə qurbanlarının əziz xatirəsinin hər birimizin yaddaşında əbədi həkk olunduğunu bildirib.
Xocalı faciəsinin şahidi Dürdanə Ağayeva isə 30 il əvvəl ermənilərin törətdikləri qırğınlardan ətraflı söz açıb.
ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Zakir Kərimov Xocalı faciəsinə tarixi aspektdən yanaşaraq mənfur qonşularımız tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud surətdə pozulduğunu, Azərbaycana qarşı misli görünməmiş soyqırımı aktının törədildiyini qeyd edib.
Tehsil-press.az