Akademik Gövhər Baxşəliyevanın Xocalı soyqırımı haqqında məqaləsi İordaniyada yayımlanıb

Akademik Gövhər Baxşəliyevanın Xocalı soyqırımı haqqında məqaləsi İordaniyada yayımlanıb Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Xocalı soyqırımı bəşər tarixinin qanlı səhifəsidir” məqaləsi İordaniya Haşimilər Krallığının nayrouz.com xəbər agentliyində dərc edilib.
Gövhər Baxşəliyeva məqaləsində Ermənistan hərbi-siyasi qüvvələrinin ötən əsrin əvvəllərindən başlayaraq dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirdiyi soyqırımları haqqında geniş məlumat verib. Məqalədə 1992-ci il fevralın 26-da baş vermiş bəşər tarixinin ən dəhşətli cinayəti Xocalı faciəsindən ətraflı şəkildə bəhs edilir, erməni hərbi birləşmələrinin yerli əhaliyə qarşı törətdiyi cinayətlər haqqında faktlar diqqətə çatdırılır. Akademik Gövhər Baxşəliyeva məqalədə ümummilli lider Heydər Əliyevin Xocalı cinayətinə hüquqi və beynəlxalq qiymət verilməsi istiqamətində fəaliyyətlərini işıqlandırır. Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılması və hadisələrə hüquqi qiymət verilməsi yolunda həyata keçirdikləri tədbirlər haqqında da ətraflı məlumat verir. Bununla yanaşı, məqalədə Xocalı həqiqətləri haqqında dövlət müəssisələrində, o cümlədən Şərqşünaslıq İnstitutunda müxtəlif dillərdə yazılan kitab və məqalələr diqqətə çatdırılır.

Tehsil-press.az



Oxşar xəbərlər