Bakı Dövlət Universitetində (BDU) Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunan “Xocalını unutmadıq” adlı tələbə rəsm sərgisi keçiriləcək.
Sərgiyə Xocalı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, erməni təcavüzkarları tərəfindən zaman-zaman xalqımızın başına gətirilən faciələri əks etdirən əsərlər qəbul olunur.
Sərgiyə, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpasında dövlətimizin və xalqımızın əzmini əks etdirən və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edən əsərlər təqdim olunur.
Rəsmlərin işlənmə texnikası sərbəstdir. Sərgiyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır.
Sərgidə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.
Rəsmlər A3 formatında müəllifin tələbə vəsiqəsinin surəti ilə birlikdə fevralın 18-dək Humanitar məsələlər və gənclər siyasəti şöbəsinə təqdim edilməlidir.
Sərgi BDU-nun rəsmi saytı, sosial media hesabları və “Bakı Universiteti” qəzetində işıqlandırılacaq.
Tehsil-press.az