Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xocalı faciəsinə həsr edilən onlayn sərgi

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Xocalı faciəsinə həsr edilən onlayn sərgi Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında onlayn sərgi təqdim edilib.
Sərgidə gənclərin bu dəhşətli faciə ilə bağlı təəssüratlarını əks etdirən rəngkarlıq, toxuculuq, qrafika əsərləri nümayiş etdirilir. Onlardan Emin Aslanovun “Xocalı”, Murad Ələkbərzadənin “Azərbaycanın faciəvi tarixi”, “Stop Terror”, Ramin Rüstəmovun “Müharibələr”, Cavidan Əhmədovun “Yurda təcavüz”, Fərəh Mirzəyevanın “Qarabağ tarixi” silsiləsi, Səxavət Abdullayevin “Əsgərlər”, Asim Bayramovun “Qaçqınlar”, Zamin Abbasovun “Qaçqınlar”, Bayram Bayramovun “Müharibə ərəfəsində”, Elşad Əliyevin “Müharibə”, Aysel Əmirovanın “Xeyir və şər”, Akif Yarışovun “Qaçqınlar”, Humay Kərimovanın “Xocalı” adlı kompozisiyaları yer alıb.
Sərginin məqsədi Xocalı soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılması, faciə qurbanlarının xatirələrinin yad edilməsi, onların gənc nəsil tərəfindən unudulmamasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər