AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) Rusiya Federasiyasının Xantı-Mansiysk şəhəri Geologiya, neft və qaz muzeyinin elmi işlər üzrə direktor müavini coğrafiya elmləri namizədi İvan Yaşkov və həmin muzeyin Ekspozisiya və sərgi şöbəsinin müdiri böyük elmi işçi İrina Barışnikova ilə görüş olub.
Görüşdə muzeyin baş direktoru akademik Nailə Vəlixanlı və icraçı direktoru dosent Fərhad Cabbarov, Fondların elmi uçotu və təsnifatı şöbəsinin müdiri dosent Məhfuzə Zeynalova iştirak ediblər. Qonaqlara muzeyin fəaliyyət istiqamətləri və müəssisədə keçirilən sərgilər barədə ətraflı məlumat verilib.
Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri dosent Səbuhi Əhmədov isə qonaqları muzeyin zəngin kolleksiyası əsasında keçirilmiş beynəlxalq səviyyəli sərgiləri haqqında məlumatlandırıb.
Rusiyalı alimlər Sibir neft və qaz yataqlarını kəşf etmiş görkəmli geoloq Fərman Salmanova həsr etdikləri “Fərman Salmanov. Neft-qaz kəşflərinin salnaməsi” mövzusunda sərgi layihəsinin təqdimatını ediblər.
Akademik N.Vəlixanlıya “Neft Atlası. Rusiyanın neft və qaz tarixinə dair oçerklər” kitabı təqdim edilib. Qeyd edilib ki, Rusiyadakı muzey müəssisələrinin və kitabxanalarının əməkdaşları, professor-müəllim heyəti və universitet tələbələri, yanacaq-energetika kompleksi şirkətlərinin işçiləri, neft və qaz sənayesi veteranları, dövlət orqanlarının nümayəndələri də daxil olmaqla geniş auditoriyanın istifadəsi üçün nəzərdə tutulan atlas ilk dəfə beynəlxalq səviyyədə Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.
Görüşdə müxtəlif beynəlxalq sərgilərin, həmçinin onlayn elmi, maarifləndirici, interaktiv layihələrin gələcəkdə həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Rusiyalı qonaqlar muzey rəhbərliyini fevralın 23-dən 24-dək Xantı-Mansiyskdə keçiriləcək “Neft paytaxtı” adlı foruma dəvət ediblər. Onlara Tarix Muzeyinin nəşrləri hədiyyə olunub.
Tehsil-press.az