Nigeriyada Lassa qızdırması 86 nəfərin həyatına son qoyub

Nigeriyada Lassa qızdırması 86 nəfərin həyatına son qoyub Bu il Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 86-ya çatıb.
Mərkəzin mütəxəssislərinin verdiyi məlumata görə, fevralın 14-dən 21-dək ölkədə bu təhlükəli xəstəlikdən 21 nəfər dünyasını dəyişib, 91 yeni yoluxma faktı aşkarlanıb.
Bir ildən artıqdır davam edən hazırkı epidemiyada ölüm halları 19% təşkil edir.
Nigeriyada 2021-ci ildə Lassa qızdırmasından 80-dən çox ölüm qeydə alınıb. Bu xəstəliyin əvvəlki ciddi epidemiyası ölkədə 2017-2018-ci illərdə müşahidə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər