İtaliyada pandemiya dövründə ilk dəfə ən az ölüm qeydə alındı

İtaliyada pandemiya dövründə ilk dəfə ən az ölüm qeydə alındı İtaliyada son sutka ərzində 145 nəfər koronavirusdan dünyasını dəyişib, 675 nəfər isə virusa yoluxub.
Bu, ölkədə pandemiya başlayandan ən aşağı göstəricidir. Ölkə üzrə dünyasını dəyişənlərin sayı 31 min 908 nəfər olub. Yoluxanlar isə 225 min 435 nəfər təşkil edir.
Qeyd edək ki, indiyədək İtaliyada Covid-19-dan ən yüksək ölüm faktı martın 27-də qeydə alınıb (969 nəfər), ən çox yoluxma isə martın 21-də olub (6557 nəfər).

Tehsil-press.az

Oxşar xəbərlər