Peşə Təhsil Mərkəzinin tələbələri istehsalat təcrübəsinə başlayıblar

Peşə Təhsil Mərkəzinin tələbələri istehsalat təcrübəsinə başlayıblar Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Bakı Mühəndislər Universitetinin texnoparkında istehsalat təcrübəsinə başlayıblar.
Tələbələr texnoparkın kompüter şəbəkəsi, alternativ enerji sistemi və laboratoriyaları ilə tanış olublar. Onlar üçün “Müasir səviyyədə proqramlaşdırma və proqram təminatının kompüterləşdirilmiş sistemlərdə rolu” mövzusunda ustad dərsi keçirilib. Tələbələrə kompüter və robot texnika ilə bağlı geniş məlumat verilib, onlara informasiya texnologiyaları sahəsi üzrə əldə etdikləri nəzəri bilikləri əyani olaraq tətbiq etmək imkanı yaradılıb.

Tehsil-press.az



Oxşar xəbərlər