BANM-in tələbələri investisiya mövzusunda məlumatlandırılıb

BANM-in tələbələri investisiya mövzusunda məlumatlandırılıb “PAŞA Həyat Sığorta” şirkətinin İnvestisiya şöbəsinin rəhbəri Ozal Talıblı və İnsan resursları üzrə mütəxəssisi Nərmin Salmanova Bakı Ali Neft Məktəbində (BANM) tələbələr üçün investisiya mövzusunda bilik mübadiləsi keçiriblər.
Görüşdə investisiya sahəsinin yaranması, əsasları və başlıca alətləri barədə tələbələrə məlumat verilib, şirkətin investisiya sahəsində əldə etdiyi bilik və təcrübə bölüşülüb.
Sonra tələbələrin sualları cavablandırılıb, onlara hədiyyələr təqdim edilib.

Tehsil-press.az



Oxşar xəbərlər