“Statoyl Azərbaycan” şirkəti Bakı Ali Neft Məktəbində seminar keçirib

“Statoyl Azərbaycan” şirkəti Bakı Ali Neft Məktəbində seminar keçirib Bakı Ali Neft Məktəbində (BANM) Norveç dövlət neft şirkəti - “Statoyl” tərəfindən “Yatağın sonrakı istismarının idarəolunması” mövzusunda seminar keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, “Statoyl Azərbaycan” şirkətinin prezidenti Favad Quraişi və onun rəhbərlik etdiyi nümayəndə heyəti, müəllim və tələbələr iştirak ediblər.
Seminarı “Statoyl” şirkətinin rezervuar texnologiyaları üzrə baş müşaviri, neft sənayesində 30 ildən çox təcrübəyə malik həmyerlimiz Qürbət Ağayev aparıb.
Tədbirdə E.Qasımov “Statoyl Azərbaycan” şirkəti tərəfindən bu cür əhəmiyyətli və lazımlı seminarın keçirilməsində göstərilən təşəbbüsə görə şirkətin prezidenti F.Quraişiyə və Q.Ağayevə təşəkkürünü bildirib.
Q.Ağayev tələbələrə “Statoyl” şirkətinin fəaliyyəti, şimalın ən böyük neft yatağı olan “Statjford”un yarandığı vaxtdan bu günədək keçdiyi inkişaf yolu, fəaliyyət istiqamətləri və uğurları barədə danışıb. O, tələbələrə neft-qaz sahəsinin strukturu, sahə drenaj strategiyaları, depressurizasiya (qapalı sahədə qaz təzyiqinin azaldılması), rezervuar parametrləri, bu istiqamətdə cari trendlər və digər mövzular üzrə geniş məlumat verib.
Sonda tələbələrin sualları cavablandırılıb.

BANM-nin Mətbuat xidməti




Oxşar xəbərlər