Bakı Ali Neft Məktəbində (BANM) Malayziyanın “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyinin İnsan resursları şöbəsinin rəhbəri Şeyda Mehdiyeva və Korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva tələbələrlə görüş keçirib.
Görüşdə Ali Məktəbin birinci və ikinci kurs tələbələri iştirak ediblər.
Görüşü açan Ali Məktəbin rektoru Elmar Qasımov neft-qaz sektorunda dünyanın aparıcı şirkətlərindən hesab edilən “Petronas” şirkətinin BANM ilə genişlənməkdə olan əməkdaşlığından danışıb, daha sonra görüşün təşkil olunmasının əsas məqsədini izah edərək şirkətin Azərbaycan nümayəndəliyinin İnsan resurları şöbəsinin rəhbəri Şeyda Mehdiyevanı tələbələrə təqdim edib.
Daha sonra “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyinin İnsan resursları şöbəsinin rəhbəri Şeyda Mehdiyeva şirkət və onun təqaüd proqramı haqqında tələbələrin qarşısında geniş təqdimatla çıxış edib. O, bildirib ki, “Petronas” şirkəti BANM-ın 3 tələbəsini Malayziyanın Petronas Texniki Universitetində təhsil ala bilməsi üçün sponsorluq edəcək. Tələbələr kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və neft-qaz geologiyası ixtisasları üzrə “Petronas” şirkətinin hesabına təhsil almaq şansı əldə edəcəklər. Şeyda Mehdiyeva təqaüd proqramında iştirak etmək üçün əsas kriteriyalar, müraciət qaydası, seçim prosesi, həmçinin öz təhsilini uğurla başa vuranlar üçün “Petronas” şirkətində uğurlu karyera qura bilmək imkanından danışıb.
Elmar Qasımov BANM və onun tələbələrinə göstərilən maraq və verilən qiymətə görə Şeyda xanımın timsalında “Petronas” şirkətinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Rektor qeyd edib ki, BANM tələbələrinin Petronas şirkətinin dəstəyilə Malayziyada təhsil almasını dəstəkləyir, çünki Ali Məktəbin tələbələri – Azərbaycanın ən bacarıqlı gəncləri olaraq neft-qaz sektorunda ölkəmizi qabaqcıl transmilli şirkətlərdə təmsil etməlidirlər.
Tələbələrin böyük marağına səbəb olan təqdimatın sonunda şirkətin nümayəndələri tələbələri maraqlandıran suallara cavab veriblər.
Qeyd edək ki, təqaüd proqramına müraciət edən namizədlər ilkin mərhələdə şirkətin Azərbaycan nümayəndəliyi tərəfindən, sonuncu mərhələdə isə Malayziyadakı Baş ofisi tərəfindən əvvəlcədən müəyyən edilmiş xüsusi kriteriyalar əsasında seçiləcəklər. Ali Məktəbin tələbələri təhsillərini şirkətin həyata keçirdiyi “Petronas Təhsil Sponsorluq Proqramı” çərçivəsində alacaqlar.

Hüseyn Şərifov