Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Amail Məmmədova, Riyad Baxşiyev və Sənan İbrahimov İtaliyanın "Maire Tecnimont Group" şirkətinin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin müəssisələrində təşkil olunan istehsalat təcrübəsi proqramını uğurla başa vurublar. Bununla əlaqədar Ali Məktəbdə tələbələrə sertifikatların təltif edilməsi mərasimi keçirilib.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Maire Tecnimont Group-un sədri Fabrizio Di Amato, şirkətin icraçı direktoru Perroberto Folgiero, Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Canni Bardazzi, İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Karlo Nicolais, o cümlədən KT-Kinetics Technology şirkətinin kommersiya məsələləri üzrə vitse-prezidenti Andrea Vena, Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Heilpern, İnsan resursları üzrə meneceri Aida Bəşirova və Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib.
Tədbiri açan rektor Elmar Qasımov qonaqları və tələbələri salamlayaraq Ali Məktəblə birgə təşəbbüs əsasında həyata keçirilən bu proqramın önəmini vurğulayaraq yaradılan imkanlara görə tərəfdaş şirkəti təşəkkür etdi. O, həmçinin qeyd etdi ki, təcrübə əsasında tələbələrin qazandıqları bilik və bacarıqlar onların gələcək karyerasında mühüm rol oynayacaq.
Maire Tecnimont Group-un sədri Fabrizio Di Amato proqrama verdiyi dəstəyə görə rektor Elmar Qasımova öz təşəkkürünü bildirdi və tələbələri sertifikat almaları münasibətilə təbrik etdi. “Bu proqram təhsil və özəl sektor arasında əməkdaşlığın bir nümunəsidir. Maire Tecnimont şirkəti Kinetics Technology şirkəti vasitəsi ilə bu kimi ikitərəfli əməkdaşlığa böyük önəm verir. Bizim şirkətimizin əsas məqsədlərindən biri də professional səviyyəni yüksəltmək və uzunmüddətli əlaqələr yaratmaqdır. Bu isə yalnız gələcək nəsillərə investisiya qoyulmasından, şirkətlər və universitetlər arasında effektiv əlaqələrin yaranmasından asılıdır. BANM-in tələbələri şirkətimizdə istehsalat təcrübəsi keçərək öz biliklərini inkişaf etdirməklə yanaşı, beynəlxalq komandamıza inteqrasiya da ola bildilər” - Fabrizio Di Amato dedi.
Qeyd edək ki, sözügedən proqram BANM və İtaliyanın Maire Tecnimont Group şirkəti arasında 19 oktyabr 2016-cı il tarixində imzalanmış əməkdaşlıq haqqında razılaşma çərçivəsində həyata keçirilir. 17 həftə ərzində davam edən proqram zamanı tələbələr şirkətin müxtəlif şöbələrində təcrübə keçərək texniki biliklərə yiyələnməklə yanaşı, real problemləri həll etməyi öyrənmiş, liderlik bacarıqları, kommunikasiya bacarıqları, müqavilələrin idarəolunması kimi istiqamətlərlə tanış olmuşlar. Bu təcrübə onlara tikinti ərazisində (Sumqayıt) və şirkətin filialında təcrübə keçməklə KT-Kinetics Technology kimi qlobal şirkətdə bacarıqlarını inkişaf etdirməyə imkan yaratmışdır.

BANM-nin Mətbuat Xidməti