Yaponiya əcnəbi tələbələri ölkəyə kütləvi şəkildə buraxmağı planlaşdırır

Yaponiya əcnəbi tələbələri ölkəyə kütləvi şəkildə buraxmağı planlaşdırır Yaponiya hökuməti may ayında koronovirusla bağlı məhdudiyyətləri yumşaltmaq və ölkəyə əcnəbi tələbələri kütləvi şəkildə buraxmaq niyyətindədir. Bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Yaponiyada ölkəyə gündəlik 7000 nəfərlik giriş limitinin aradan qaldırılması planlaşdırılır. Hazırda təqribən 152 min əcnəbi tələbə Yaponiya tələbə vizası almasına baxmayaraq mövcud koronovirus məhdudiyyətləri səbəbindən ölkəyə gələ bilmir.
Koronovirus ştamının yayılması ilə əlaqədar olaraq 2020-ci il dekabrın 28-dən Yaponiyada dünyanın bütün dövlətlərinin vətəndaşlarına yeni viza verilməsinə qadağa qoyulub. Hazırda Yaponiyaya yaponlar, ölkədə daimi yaşayan və uzunmüddətli vizası olan əcnəbilər və diplomatlar gedə bilir. Bu cür giriş, həmçinin Yaponiyada yaşayan əcnəbilərin qohumları üçün “istisna hallarda”, məsələn ailə vəziyyəti ilə əlaqədar ola bilər. Bununla belə, gündəlik 7 mindən çox insan ölkəyə gələ bilməz.
Yaponiya koronovirusun omikron ştamının yaratdığı növbəti dalğa ilə mübarizəni davam etdirir. Ölkədə hər gün təqribən 63 min yeni yoluxma halı və 200-dək ölüm halı qeydə alınır.

Tehsil-press.az

Oxşar xəbərlər