Peşə təhsili sahəsində Türkiyə - Azərbaycan əməkdaşlığı müzakirə edilib

Peşə təhsili sahəsində Türkiyə - Azərbaycan əməkdaşlığı müzakirə edilib Peşə Təhsili üzrə Dövlət Agentliyində Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə bu il fevralın 19-da imzalanmış “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” çərçivəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub. Tərəflər müvafiq protokol əsasında peşə təhsili üzrə əməkdaşlığın genişləndirilməsi məsələsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, yaxın zamanda Azərbaycanda Türkiyə Respublikasının təcrübəsinə əsaslanan iki yeni peşə təhsili müəssisəsinin yaradılması nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər