Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Könüllülər Təşkilatı “Folklorumuzda çərşənbələr” adlı tədbir keçirib. Tədbirdə BDU-nun Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çıxış edib.
A.Fərəcov Novruzun təbiətin oyanışı, baharın gəlişi bayramı olması ilə bərabər, barışın, bərabərliyin, dostluğun, sülh və əmin-amanlığın təzahürü olduğunu deyib.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov Novruz bayramının tarixindən, qədim adətlərindən, türk xalqlarının həyatında yerindən, xalqımızın milli yaddaşı ilə bağlılığından, Novruz çərşənbələrinin əsas atributlarından söz açıb.
Filologiya fakültəsinin I kurs tələbələrinin çərşənbələr haqqında çıxışları dinlənilib. Sonra Novruz çərşənbələri haqqında videoçarx nümayiş etdirilib.
Tehsil-press.az