Bakı Dövlət Universitetində onlayn tədbir: Spirtli içkilər və siqaretin zərəri

Bakı Dövlət Universitetində onlayn tədbir: Spirtli içkilər və siqaretin zərəri Bakı Dövlət Universitetinin (BDU) Filologiya və Biologiya fakültələrinin təşəbbüsü ilə “Spirtli içkilər və siqaretin zərərləri” mövzusunda onlayn tədbir keçirilib.
Fakültənin ikinci kurs tələbəsi Aytac Hüseynli tədbirin məqsədi haqqında ümumi məlumat verib.
Tədbirdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov, Biologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) sədri Vüsal Məmmədrəhimov və Filologiya fakültəsi TGT sədr müavini Ələkbər Həsənovun çıxışları dinlənilib.
Çıxış edənlər ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, vətəndaşların sağlamlığının qorunması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən, siqaretin və spirtli içkinin insan sağlamlığına vurduğu zərərdən, ictimai yerlərdə siqaretdən istifadə ilə bağlı qoyulan məhdudiyyətlərdən bəhs ediblər.
Tələbələr adından çıxış edən Aynurə Ataşova, Səmayə Tağızadə və Aytac Əliyeva spirtli içki və siqaretin zərəri, onlardan istifadənin qlobal miqyasda yaratdığı təhlükə haqqında məlumat verib, gəncləri neqativ vərdişlərdən uzaq durmağa çağırıblar.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin təklif və tövsiyələri dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər