Neft və Sənaye Universitetində tədbir: Cəmiyyətdə qadınların rolu əvəzsizdir

Neft və Sənaye Universitetində tədbir: Cəmiyyətdə qadınların rolu əvəzsizdir Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə ADNSU-nun rektoru professor Mustafa Babanlı cəmiyyətdə qadınların əvəzsiz rolundan danışıb. Ölkəmizdə istər təhsil, istərsə də digər sahələrdə qadınların uğurla çalışdıqlarını deyən rektor ADNSU-nun nailiyyətlər əldə etməsində xanım əməkdaşların fəaliyyətinin kifayət qədər böyük olduğunu diqqətə çatdırıb.
Professor M.Babanlı universitetin qadın əməkdaşlarını, ümumilikdə bütün Azərbaycan qadınlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxtlik, həyatda yeni uğurlar arzulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər