Qlobal məhdudiyyətlər Rusiya iqtisadiyyatı üçün şərtləri köklü şəkildə dəyişib. Rusiya Mərkəzi Bankı qızıl-valyuta ehtiyatlarından və qiymətli kağızlardan istifadə ilə bağlı məhdudiyyətləri proqnozlaşdırmamışdı. Bütün bu xəbərlər fonunda rublun məzənnəsi tarixi minimuma enib, milli valyutanın ucuzlaşması hazırda da davam edir.
Mərkəzi Bankdan başqa Rusiyanın ən böyük kommersiya bankları da sanksiyalara məruz qalıb. ABŞ-da onlardan bəzilərinin aktivləri bloklanıb, bəziləri müxbir hesablarını bağlamağa məcbur edilib və onlarla hər hansı əməliyyata qadağa qoyulub. Bundan əlavə, Rusiya bankları və şirkətlərinin xarici valyutada əməliyyatlar aparmasını çətinləşdirmək üçün ABŞ, Kanada, Böyük Britaniya və Avropa İttifaqı bir neçə iri bankı SWIFT beynəlxalq ödəniş sistemindən ayırıb. Rusiyanın digər banklarının da bu sistemlə əlaqəsinin kəsiləcəyi ehtimal olunur. Sərt sanksiyalara məruz qalan banklar sırasında VTB, "Rossiya", "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Sovkombank" və "Vneşekonombank" yer alıb. Rusiya bazarının lideri sayılan "Sberbank" da sanksiyalara məruz qalıb – martın 26-dan ABŞ banklarına bu bankın müxbir hesablarını bloklamaq əmri verilib. İndi OFAC-ın (Xarici Aktivlərə Nəzarət Ofisi – ABŞ Maliyyə Nazirliyinin bölməsi) xüsusi icazəsi olmadan Amerika maliyyə institutları "Sberbank" və onun törəmə müəssisələrinin müxbir hesablarını aça və xidmət göstərə, həmçinin onların iştirakı ilə əməliyyatları qəbul edə bilməyəcək.
Rusiya banklarına qarşı sanksiyalar onların qlobal miqyasda fəaliyyət imkanlarına böyük ziyan vuracaq ki, bu da sözügedən maliyyə institutlarının xaricdəki törəmə şirkətlərinə təsir göstərə bilər. Məsələn, VTB-nin Gürcüstan filialı korporativ bank portfelini "Liberty Bank"a ötürüb, "Sberbank" isə ümumiyyətlə Avropa bazarını tərk etmək qərarına gəlib.
Sanksiyaya məruz qalan bu kredit təşkilatları həmin banklarda valyuta əməliyyatları aparan çoxlu sayda müştəriləri, eləcə də beynəlxalq hesablaşmaları olan korporativ müştəriləri tərk edə bilər.
Bundan əlavə, "Visa" və "Mastercard" beynəlxalq ödəniş sistemləri Rusiya bankları tərəfindən emissiya olunan kartları tam bloklayıb (kartlar yalnız Rusiya ərazisində işləyəcək). Bununla belə, "Visa" və "Mastercard" Rusiya Federasiyasında digər dünya banklarının kartlarına xidmət göstərməyəcək.
Belə olan halda sual yaranır – Azərbaycanda birbaşa Rusiya ilə bağlı Rusiya kapitallı bankların işi necə olacaq? Hazırda Azərbaycanın bank sektorunda vəziyyət sabitdir, Rusiya kapitallı bankların sayı çox deyil. Müəyyən problemlərin olmasına baxmayaraq, ölkənin bank sektoru pandemiyadan sonra uğurla bərpa olub və məcmu mənfəəti 2021-ci ildə 610 mln. manat təşkil edib.
Biznesin fasiləsiz işini təmin etmək üçün şirkət sahibləri və direktorları ən azı aşağıdakılara diqqət yetirməlidirlər:
- rusiyalı tərəfdaşlarla işləyən şirkətlər partnyorun xidmət göstərən bankının sanksiyalar altında olmadığına əmin olmalı və ya ondan sanksiya tətbiq olunmayan başqa bankda hesab açmağı xahiş etməlidir;
- bəzi Azərbaycan bankları Rusiya bankları vasitəsilə dollar köçürmələri həyata keçirir ki, bu da, çox güman, yaxın gələcəkdə mümkün olmayacaq. Ona görə də bankdan onun müxbir hesablarının harada yerləşdiyini öyrənilməli və lazım gəldikdə əlavə hesablar açılmalıdır;
- alternativ təchizatçılar və malların alternativ logistikası haqqında düşünmək, belə ki, çatdırılmalarda Rusiyada fəaliyyət göstərən logistika şirkətlərinin sayının azalması, eləcə də Çindən çatdırılma marşrutlarının dəyişdirilməsi ilə bağlı mümkün gecikmələr mümkündür.
Müştərinin bankdan gözlədiyi ən vacib şey – etibarlılıqdır. Lakin bankın bu meyara cavab verib-vermədiyini yoxlamaq bəzən asan olur. Bankın sabitliyinə də xüsusi diqqət yetirmək lazımdır. Ümumiyyətlə, Azərbaycanın bank sistemi kifayət qədər sabitdir, lakin siz zəmanət verə bilməzsiniz ki, bankınıza heç nə olmayacaq.
Etibarlılıq parametrlərinə bankın bazardakı mövqeyi, biznes strategiyası, inkişaf dinamikası, maliyyə vəziyyəti, Mərkəzi Bankın tələblərinə uyğunluğu, səhmdarların strukturu və nüfuzu daxildir.
Sonda onu da qeyd edək ki, əksər hallarda biznesin üzləşdiyi çətinliklər sahibkarların öz risklərini yenidən qiymətləndirməsinə və paralel olaraq yeni imkanlar tapmasına səbəb olur. Bura həm bazarların yenidən bölüşdürülməsində fəaliyyətin genişləndirilməsi, həm də yeni, daha sərfəli tərəfdaşların tapılması və s. məsələlər daxildir. Rusiya bizneslərinə qarşı tətbiq edilən məhdudiyyətlər onların azərbaycanlı tərəfdaşlarına mənfi təsir edə bilər. Lakin bu, həmçinin, Azərbaycan sahibkarları üçün yeni imkanlar və perspektivlər axtarışı və əldə olunması vaxtıdır.
Tehsil-press.az