Çin polisi 139 kiloqram narkotik vasitə müsadirə edib

Çin polisi 139 kiloqram narkotik vasitə müsadirə edib Çinin Yünnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Onlardan 139 kiloqram metamfetamin müsadirə edilib.
Polis əməkdaşları martın 13-də müşahidə kameraları vasitəsilə Myanma ilə həmsərhəd zonada yerləşən Linçan şəhərində dolaşan şübhəli avtomobil müəyyən ediblər. İçərisində 2 nəfər olan avtomobil saxlanılıb və yoxlanış aparılarkən metamfetaminlə dolu 5 bağlama aşkarlanıb. Digər şübhəli şəxs isə əməliyyatın gedişində sonrakı günlərdə aşkarlanıb.
Hazırda təhqiqat aparılır.
Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yünnan vilayətində narkotik vasitələrin qanunsuz ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələri quru yolu üzərindən Yünnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər