Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli Ankarada Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunda həmin elmi qurumun rəhbəri professor Məhəmməd Həkimoğlu ilə görüşüb.
Görüş zamanı qurumun akademik elmi təşkilat kimi inkişaf etdirilməsi məsələləri ətrafında söhbət aparılıb, eləcə də AMEA-nın Nizamnaməsi haqqında məlumat verilib. Eyni zamanda, “Nizami Gəncəvi İli” ilə əlaqədar Türkiyədə və “Yunus Əmrə İli” ilə bağlı Azərbaycanda keçirilmiş tədbirlər, nəşr olunmuş kitablar barədə məlumat mübadiləsi aparılıb.
Tərəflər humanitar elmlər sahəsində qarşılıqlı əməkdaşlıq perspektivlərindən də danışıblar. Müzakirələrdə Türk Dil Qurumunun rəhbəri professor Gürer Gülsevin də iştirak edib.
Tehsil-press.az