BDU-da I Milli Texnologiya Sərgisi təşkil olunub

BDU-da I Milli Texnologiya Sərgisi təşkil olunub Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə I Milli Texnologiya Sərgisi təşkil olunub.
Mart – Azərbaycan Respublikasında Elm Gününə həsr olunan sərgidə BDU-nun gənc tədqiqatçıları və tələbələrinin hazırladıqları 12 innovasiya və texnologiya layihəsi nümayiş etdirilib.
Komandalar tərəfindən layihələrin elektron dövrəsinin hazırlanması, proqramlaşdırılması, prototipin gövdəsinin 3D modelinin hazırlanması və çap edilməsi prosesləri canlı formada mərhələli olaraq təqdim edilib.
Eyni zamanda, triboelektrik nanogenerator, dezinfeksiya aparatı, məsafə sensorlu robot, “Spin coater” cihazı, miniatür soyuducu, ATM-lər üçün proqram təminatı layihələri sərgilənib.

Tehsil-press.az

Oxşar xəbərlər